Bakıda narkotacir saxlanılıb


12:29     01 Aprel 2020 20_04_01_1585729797.jpg

Bakıda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 533