Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt-saat artırılacaq
13:19 01 Aprel 2020
Azərbaycanda əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt-saat həcmində müddətli artırılması nəzərdə tutulur.
Femida.az-ın Azərbaycanın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı "Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı"da əksini tapıb.
Qeyd edək ki, hazırda Azərbaycanda əhali qrupu üzrə aylıq elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt-saat təşkil edir. Bu limit çərçivəsində elektrik enerjisinin 1 kVt-saatı 7 qəpikdən hesablanır. Limiti keçdikdə istifadə edilən elektrik enerjisinin 1 kVt-saatı üçün qiyməti 11 qəpikdən hesablanır.
Beləliklə, yeni proqrama sözügedən limitin müddətli 400 kVt-saatadək artırılmasını nəzərdə tutur.
Femida.az
Oxunub: 569
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib