“Dərs vaxtı”nın 2 aprel cədvəli


13:48     01 Aprel 2020 2020/04/Təhsil-768x576_1585735359.jpg

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 2 aprel üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün saat 10:00-da – Fiziki rəbiyə; 10:20-də IX sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:05-də VIII sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:45-də VII sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 12:30-da VI sinif – Biologiya, İngilis dili, Coğrafiya; 13:10-da IV sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:40-da III siniflərə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri olacaq.

Rus bölməsi üçün – 14:30-da III sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 15:00-da V sinif – Rus dili, Riyaziyyat; 15:30-da VI sinif – Biologiya, Coğrafiya; 15:45-də VII siniflərə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.


Femida.az

Açar sözlər:

Oxunub: 544