Azərbaycanın bu rayonunda koronavirus yoxdur


14:13     01 Aprel 2020 2020/03/korono-virus_1583501022.jpg

İsmayıllıda 120-yə yaxın yerli sakin koronavirus şübhəsi ilə rayon Mərkəzi Xəstəxanasına müraciət edib.


Femida.az-ın məlumatına görə, qızdırma və öskürəkdən şikayətlənən sakinlərin hər birindən laborator müayinə üçün yaxma nümunələr götürülüb. Analizlərin nəticəsinə əsasən onlarda koronavirus infeksiyası aşkarlanmayıb.

Bundan başqa, İsmayıllının yeni icra başçısı Nahid Bağırov və İcra Hakimiyyətinin digər işçiləri koronavirusa görə testdən keçiblər. Onlarda da virusa yoluxma aşkar edilməyib.

Ümumilikdə isə indiyədək İsmayıllıda COVİD-19 pandemiyasına yoluxma faktı qeydə alınmayıb.


Femida.az

Açar sözlər:

Oxunub: 680