ETSN-də daha bir kadr təyinatı olub


15:07     01 Aprel 2020 EKOLOGIYA%20VE%20TEBII.PNG

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Femida.az-a deyib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

O qeyd edib ki, bu təyinata qədər o, nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır”.

Femida.az

Açar sözlər:

Oxunub: 599