Ermənilər Qazaxda mülki vətəndaşları atəşə tutub


16:05     01 Aprel 2020 2020/04/a7f81de3-a12d-46fa-8776-060629bbe07b_640_1585743195.jpg

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təxribatları davam edir.


Dövlət Sərhəd Xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 1-də saat 12:25-dən başlamaqla Qazax ra­yo­nunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətində avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistan Respublikasının İcevan rayonunun Kirans kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə ziyan dəyib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

Femida.az

Açar sözlər:

Oxunub: 749