Yasamalda karantin rejimini pozan internet klub sahibi cərimələndi


17:45     01 Aprel 2020 20_04_01_1585750669.jpg

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına, təəssüf ki, hələ də rast gəlinməkdədir.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Yasamal rayonu R.Tağıyev və D.Bünyadzadə küçələrinin kəsişməsində fəaliyyət göstərən internet klub aşkar edilib. Həmin obyektə baxış zamanı azyaşlı və yetkinlik yaşına çatmayanların kütələvi şəkildə xüsusi karantin qaydalarına zidd olaraq oyun zalında olduqları aşkar edilib.

İnternet klubunun sahibi paytaxt sakini Mehman Cabbarlı barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilib. Obyektdə olan azyaşlılar və yetkinlik yaşına çatmayanlar isə polis əməkdaşları tərəfindən ailələrinə təhvil verilərək onların valideynlərinə xəbərdarlıq edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1024