Bakıda karantin rejimini pozan daha bir kafe aşkarlandı


19:09     01 Aprel 2020 2018/04/kafe-yuksek-ses_1524898904.jpg


Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir.


Femida.az-ın xəbərinə görə, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Bakının müxtəlif yerlərində reydlər keçirib.

Reyd zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib.

Belə ki, polis əməkdaşları və hərbi qulluqçular paytaxt ərazisində kafe aşkarlayıblar.

Aşkarlanan iaşə obyektinin sahibi barəsində inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 826