Cəzalara görə əmək müfəttişlərinə ödənilən məbləğ azaldılır


19:24     01 Aprel 2020 20_04_01_1585754802.jpg


Azərbaycanda əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın hesabına köçürülən hissəsi 25%-dən 18%-ə endirilir.

Femida.az xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Femida.az

Açar sözlər: #əməkmüfəttişliyi  

Oxunub: 2114


Oxşar xəbərlər