Moldova Dağlıq Qarabağda keçirilən "seçkiləri" tanımır
19:36 01 Aprel 2020
Moldova hökuməti martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə zidd olan qondarma "prezident və parlament seçkilərini" qanunsuz sayır.
Femida.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, bu bölgədə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Dağlıq Qarabağ regionunun xüsusi statusunun müəyyənləşdirilməsi ilə bağlı ATƏT-in himayəsi altında danışıqlar prosesinin aparıldığını nəzərə alaraq Moldova Respublikası bu qondarma seçkiləri tanımır.
Bu kontekstdə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova Respublikasının beynəlxalq birlik, xüsusən ATƏT-in Minsk Qrupu və həmsədrləri tərəfindən Dağlıq Qarabağ bölgəsi ətrafında münaqişənin sülh və hərtərəfli siyasi həlli yolu istiqamətində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsirli töhfə verə biləcək səylərini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyir.
Femida.az
Oxunub: 944
Oxşar xəbərlər
- Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb
- Moldova Prezidenti İlham Əliyevə zəng edib
- Moldovanın Destryanı bölgəsində partlayışlar olub
- Ukrayna MN: "Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar"
- Rusiyanın Moldovaya hücum etmək niyyətində olduğu iddia olunur
- Ukrayna MN: "Moldovanın Dnestryanı regionunda təxribat törədilə bilər"
- Odessadan daha 130 azərbaycanlı Moldova sərhədinə təxliyə olunub
- Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya nazirini qəbul edib
- Ceyhun Bayramov moldovalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb
- Moldovanın xarici işlər naziri sabah Azərbaycana gəlir