Ermənistan üzərindəki aprel qələbəsindən 4 il ötür


09:32     02 Aprel 2020 20_04_02_1585805622.jpg

Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı aprel qələbəsindən 4 il ötür.

Femida.az xəbər verir ki, 2016-cı ilin aprelin 1-dən 5-dək davam edən 4 günlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir sıra strateji mövqeləri, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələ Təpə yüksəkliyini işğaldan azad edib.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.

Ümumilikdə aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və bununla da böyük qələbənin təməli qoyulub.

Femida.az

Açar sözlər: #apreldöyüşləri   #aprelqələbəsi  

Oxunub: 947