Rayonlararası postları keçmək istəyən 16 mindən çox avtomobil geri qaytarılıb


10:31     02 Aprel 2020 20_04_02_1585809195.jpg


Son 13 gün ərzində 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.


Baş Dövlət Yol Polisi İdarəsindən Femida.az-a verilən məlumata görə, 19.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək 8 685 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək isə 6 380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 647