Maska taxmaq məcburidir - Taxmayanlar cəzalanacaq
12:29 02 Aprel 2020
"Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir".
Femida.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir:
"Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir".
"Əvvəl deyirdik ki, ölkəyə koronavirus xəstəsi xaricdən gəlirdi. Ona görə də tibbi qoruyucu maskanın taxılmasını zəruri etmirdik".
Bunu isə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.
TƏBİB rəsmisi qeyd edib ki, artıq ölkə daxilində yoluxma faktları olduğundan maska istifadəsi məcburidir.
Femida.az
Oxunub: 2652
Oxşar xəbərlər
- "COVID-19-la əlaqədar neqativ dinamika var, maskalardan istifadə edin!" - RƏSMİ
- Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir
- Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir
- Maska qadağasının ləğvi ilə bağlı təkliflər Operativ Qərargaha göndərilib
- DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI
- Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq – AÇIQLAMA
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Azərbaycanda maska məcburiyyəti aradan qaldırılır
- Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA
- DYP tibbi maska ilə bağlı avtobus sürücülərinə müraciət edib