Balakəndə narkotik istifadəçisi həbs olunub


13:16     02 Aprel 2020 korrupsiyaya-qarsi-idare-vezifeli-qadini-hebs-etdi.jpg

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Femida.az-ın məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında Balakən şəhər sakini, 1981-ci il təvəllüdlü Mətləb İsmayıl oğlu Yusubovun yaşadığı ünvanda axtarış aparılıb.

Axtarış zamanı siqaret qutusunun içərisində iki ədəd sellofan bükülüdə ağır narkotik vasitə hesab edilən heroin və bir sellofon torbada narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

M.Yusubovun barəsində Balakən rayon Məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.Yusubov fevralın 17-də Balakən RPŞ-nin keçirdiyi tərbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmışdı.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 615