Operativ Qərargah: Bəzi tanınmış jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayırlar
13:28 02 Aprel 2020
"Xüsusi karantin rejimi ilə bağlı aprelin 1-də yayılan sənəd həqiqəti əks etdirmir”.
Femida.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, son günlər bəzi jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayırlar. “Məsələn, yazırlar ki, “x” kəndində virusa yoluxma var. Məlum olur ki, o kəndin ətrafında da 4 kənd var, ajiotaj yaranır. O jurnalistlərin içərisində tanınmışlar da var. Arzu edilmir ki, bu məsələyə hüquq-mühafizə orqanları müdaxilə etsin. Jurnalistlər özləri belə hallara imkan verməməlidir”.
Femida.az
Oxunub: 580
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"