Bakı sakini qonşusunu bıçaqlayıb


18:36     02 Aprel 2020 20_04_02_1585839081.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Seymur Rəhimov qonşusu, 1965-ci il təvəllüdlü Dadaş Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

S. Rəhimov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 687