İtaliyada pandemiya qurbanlarının sayı 14 minə çatır


21:06     02 Aprel 2020 20_04_02_1585847284.jpg

İtaliyada son sutkada daha 760 nəfər koronavirusdan ölüb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 13 915-ə çatıb.

Bundan başqa, ölkədə 4 668 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, infeksiya daşıyıcılarının rəsmi sayı 115 242 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 986 200-ü ötüb. Bunların 206 372 nəfəri sağalıb, 50 382 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Açar sözlər:

Oxunub: 819