Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edilib
10:32 03 Aprel 2020
Karantin rejim qaydalarının təmin olunması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin “saxla” əmrinə məhəl qoymayaraq şəhərə daxil olub. Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Toplanmış material baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.İbrahimov inzibati qaydada həbs edilib.
ŞPŞ-nin əməkdaşları xidmət zamanı şəhər sakinləri Asim Cəfərov və Fəqani Ağayevin heç bir zərurət olmadan, sərxoş halda çöldə gəzdiklərini müşahidə ediblər. Həmin şəxslərin barəsində də protokol tərtib olunub və baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Onlar da məhkəmənin qərarı ilə həbs ediliblər.
Həmçinin, son iki gün ərzində Mingəçevirdə karantin rejim qaydalarını pozan vətəndaşlar barəsində 40-dan artıq inzibati protokol tərtib edilib.
Oxunub: 642
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb