Bakıda avtomobildən 1200 manatlıq telefon oğurlanıb


10:43     03 Aprel 2020 20_04_03_1585895867.jpg

Bakı şəhər sakininin avtomobilindən 1200 manat dəyərində telefon oğurlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov küçəsində qeydə alınıb.

Naməlum şəxs səhər sakini A.D-ya məxsus “Azsamand” markalı avtomobildən 1200 manat dəyərində mobil telefonu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır, hazırda oğurluğu törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 353