Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb


10:57     03 Aprel 2020 20_04_03_1585895957.jpg

Bakıda xüsusi karantin rejimi qaydalarını pozan kafe aşkarlanıb.

Femida.az -ın məlumatına görə, xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində Bakının Lökbatan qəsəbəsi 2-ci massivin 1-ci keçidində yerləşən “Köhnə Faxralı” kafesində karantin qaydalarının pozulduğu müəyyən edilib. Kafe sahibi polis bölməsinə dəvət olunub, onun barəsində inzibati cəza tədbirləri görülüb.

Açar sözlər:

Oxunub: 415