Karantin rejimini pozan 1476 sürücü və sərnişin barəsində cərimə tətbiq edilib


11:12     03 Aprel 2020 polisazv.jpg

Gün ərzində 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Baş Dövlət Yol Polisindən Femida.az-a verilən məlumata görə, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Açar sözlər:

Oxunub: 545