Vətəndaşlara 60 min manatdan çox dələduzluq edən şəxsin məhkəməsi başlayır


11:39     03 Aprel 2020 20_04_03_1585899597.jpg

Qubada 63 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Məmməd Mustafayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahim Həsənovun icraatına verilib.

Qeyd edək ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev tutulub.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30000 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Açar sözlər:

Oxunub: 757