Dünyada koronavirusa yoluxma sayı 1 milyonu keçdi - 54 mindən çox insan ölüb


14:22     03 Aprel 2020 20_04_03_1585909940.jpg


Dünya ərazisində koronavirbusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.

Femida.az bu barədə məşhur statistika mərkəzi olan "worldometers"ə istinadən xəbər verir.

Qurumun məlumatlarına görə, hazırda yoluxma sayı 1,030,181 nəfərdir. Bu şəxslərdən 219,824 nəfəri xəstəlikdən tam sağalıb. Ölənlərin sayı isə 54,198-ə çatıb.

Hazırda ən çox yoluxma sayına görə ABŞ 245,380 nəfərlə birincidir. Ən çox ölüm sayı isə İtaliyada qeydə alınıb: 13,915 nəfər.

Qeyd edək ki, Azərbaycanda xəstə sayı 443-dür. Bu günədək 5 vətəndaşımız koronavirusdan dünyasını dəyişib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #koronavirus   #statistika  

Oxunub: 1029