Gürcüstanda azərbaycanlıların yaşadığıbölgədə koronavirus aşkarlanmayıb


14:34     03 Aprel 2020 1444043375_virus.jpg

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda əhali arasında tibbi yoxlama prosesinin birinci mərhələsi başa çatıb.


Bu barədə rayonun icra başçısı Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, 105 min insanın termoskrininq metodu ilə hərarəti ölçülüb və həmin şəxslərin heç birində koronavirus təsdiqlənməyib.

Z.Darğallı Marneulidə tibbi yoxlamanın ikinci mərhələsinin bir neçə gündən sonra başlayacağını qeyd edib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 795