Azərbaycan vətəndaşları son iki ayda ən çox bu ölkələrə gedib
15:48 03 Aprel 2020
2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 12,2 faiz artaraq 820,6 min nəfər olub.
Femida.az-ın məlumatına görə, ölkə vətəndaşlarının 38,4 faizi İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiya Federasiyasına, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil edib.
Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9 faiz, İrana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 8,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalıb.
2020-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,1 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Femida.az
Oxunub: 552
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)