Büdcəyə vergi daxilolmaları proqnozu üstələyib


18:52     03 Aprel 2020 valyuta_manat_0257.jpg

Yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 2 milyard manatdan çox vəsait daxil edib.

Femida.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına dair yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, 3 ayda Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 39,9 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 221,2 milyon manat və ya 12,2 faiz çoxdur. Həmin vəsaitin 68,5 faizi və yaxud 1 milyard 396,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 milyon manat və ya 21,2 faiz çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 794