"ASAN Xidmət" jurnalistlərə müraciət etdi
19:00 03 Aprel 2020
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına müraciət edib.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
"Hörmətli KİV nümayəndələri, çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir.
Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir.
Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyyətini nəzərə alaraq sui-istifadə hallarına yol verməməsi xahiş olunur", - o vurğulayıb.
Femida.az
Oxunub: 851
Oxşar xəbərlər
- ASAN xidmətin sədri media orqanlarının rəhbərləri ilə görüşdü
- ASAN-ın Çağrı Mərkəzi gücləndirilmiş rejimdə işləyir
- ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
- ASAN Qlobal Veb Forum başa çatdı
- ASAN Qlobal Veb Forumun açılış sessiyası olub
- ASAN könüllüləri tənha yaşayan xəstələrə dərmanlar payladı
- ASAN xidmət onlayn tərcümə xidmətini istifadəyə verib
- ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərdi
- ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərəcək
- ASAN Xidmət Masallıda "Yay festivalı" keçirdi