DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO


19:20     03 Aprel 2020 2020/04/Adobe-1585925891_1585927407.jpg

Dövlət Miqrasiya Xidməti (DMX) koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyası çərçivəsində növbəti videoçarx hazırlayıb.


Bu barədə Femida.az-a DMX-dən bildirilib.

"Videoçarxın hazırlanmasında bizə dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlığımızı bildiririk. Evdə qalın, sağlam qalın", - deyə məlumatda qeyd olunub.

Həmin videoçarxı təqdim edirik:

Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti bundan öncə də ölkəmizdə yaşayan əcnəbi vətəndaşlara müraciət edərək, onları evdə qalmağa çağırmışdı.



Femida.az

Açar sözlər:

Oxunub: 957