Mədəniyyət Nazirliyi karantin rejiminə uyğun fəaliyyət göstərir
20:20 03 Aprel 2020
Nazirlər Kabinetinin ölkə ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan olunan karantin dövründə xüsusi iş rejimi ilə bağlı verdiyi qərara uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyəti də tənzimlənir.
Femida.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir.
Eyni zamanda, Mədəniyyət Nazirliyinin Aparatında, nazirliyin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrində, eləcə də aparıcı mədəniyyət müəssisələrində martın 30-dan etibarən videokonfrans rejimində fəaliyyət davam etdirilir.
Həmçinin sosial izolyasiya və karantin rejimi ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında işləməsi təmin edilib. Ümumilikdə ölkədə koronovirus infeksiyası ilə bağlı reallaşdırılan sosial izolyasiya tədbirlərinin ilk günlərindən etibarən Mədəniyyət Nazirliyi, öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələri əsasında qurmaqla bərabər, eyni zamanda mədəni irsin və incəsənətin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirir.
Femida.az
Oxunub: 802
Oxşar xəbərlər
- Mədəniyyət naziri Kəlbəcərə nümayəndə təyin edib
- Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib
- Mədəniyyət üzrə Türkiyə-Azərbaycan İşçi Qrupu yaradılacaq
- Mədəniyyət naziri David Zalkaliani ilə görüşüb
- Mədəniyyət naziri azad edilən ərazilərdə həyata keçirilən işlərdən danışıb
- Mədəniyyət naziri koronavirusa yoluxub
- Mədəniyyət Nazirliyi Rəmişin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət naziri Türkiyədə səfərdədir
- Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib