Bakıda dülgər sexi və qaraj yanıb


09:14     04 Aprel 2020 2015-05-14-09-24-12fhn-yangin-masin-full-liderxeber-640-sekil.jpg



Bakının Səbail rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli tikilinin (dülgər sexi və mağaza kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən sexin içərisində taxta materiallar və mebel hissələri 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Xətai rayonunda isə ümumi sahəsi 100 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə və içərisinə yığılan 2 m³ taxta materiallar yanıb. Qarajın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 331