Ermənistanda virusa yoluxanların sayı 770-ə çatdı


12:15     04 Aprel 2020 2020/03/koronavirus_1585572132.jpg

Ermənistanda son 24 saat ərzində 34 nəfər koronavirusa yoluxub.

Femida.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bununla da ölkədə yoluxanların ümumi sayı 770 nəfərə çatıb. Onlardan 31 nəfər sağalıb, 7 xəstə həyatını itirib.

Qeyd edək ki, Ermənistanda martın 16-dan aprelin 14-dək fövqaladə vəziyyət elan olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 347