Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb


13:41     04 Aprel 2020 20_04_04_1585993356.jpg

Gürcüstanda koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Femida.az -ın xəbərinə görə, bu barədə Tbilisi Dövlət Tibb Universtetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani bildirib.

L. Ratianinin sözlərinə görə, vəfat edən xəstə 79 yaşlı qadındır.

Ölən şəxsin Kvemo-Kartli regionundan olduğu və martın 31-də xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Hazırada yoluxma təsdiqlənmiş şəxslərin sayı 156 nəfərdir, onlardan 28-nin sağaldığı bildirilir. Ölkə üzrə 5526 nəfər isə karantində saxlanılır.

Açar sözlər:

Oxunub: 365