Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib


16:14     04 Aprel 2020 20_04_04_1586002534.jpg

Rusiyanın İvanovo vilayətindəki Azərbaycan diasporunun rəhbəri Sərraf Məmmədov vəfat edib.

Femida.az -ın məlumatına görə, 1965-ci il tövəllüdlü S. Məmmədov dünən gecə Nijni Novqorod şəhərində yerləşən xəstəxanada vəfat edib.

Əməliyyat olunan həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sərraf Əbülfət oğlu Məmmədov İvanovo vilayətində tanınmış iş adamı olub. O, həm də İvanono şəhər Dumasının deputatı da olub.

Açar sözlər:

Oxunub: 830