Hərbi qulluqçular yeni mənzillərlə təmin olunub - VİDEO
16:21 04 Aprel 2020
Ölkəmizdə hərbiçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər davam etdirilir.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışı olub.
Qeyd edək ki, ölkə başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.
Mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib. Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.
Mənzillər təqdim olunan hərbi qulluqçular və onların ailə üzvləri yaradılan şəraitə, göstərilən qayğıya görə Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Dövlətin daim qayğısı ilə əhatə olunan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə icra olunan mühüm layihələr bundan sonra da ardıcıl xarakter alacaq. Hər bir hərbiçi, müharibə əlili, şəhid ailəsi tam əmin ola bilər ki, dövlətimiz daim onların yanında olacaq və öz qayğısını yüksək səviyyədə göstərməyə davam edəcək.
Oxunub: 805
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq