Vüqar Səfərli işdən çıxarıldı


17:43     04 Aprel 2020 2020/04/f1048038-5f97-43ff-9c32-7e59f27cabac_1586007849.jpg

Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, V.Səfərli 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsində çalışırdı.

Açar sözlər:

Oxunub: 619