OPEC+ nazirlərinin görüşünün vaxtı dəyişdirildi


17:55     04 Aprel 2020 opec-dvlknd%20ıkj38ac28c8.jpg

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək.

Bu barədə Femida.az-a Azərbaycanın Energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.

Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə aprelin 6-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulurdu.

Femida.az

Açar sözlər:

Oxunub: 527