AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib


18:26     04 Aprel 2020 2018/10/AQTA_1539671350.jpg

Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sağlamlıq vəziyyətinə şübhə olan işçilər barədə sahibkarlara müraciət edib.

AQTA-dan Femida.az-a bildirilib ki, əgər hansısa işçinin səhhətinə görə narahatlığı olsa, bununla bağlı dərhal tədbir görülməlidir.

Həmin işçilər digər işçilərlə təması kəsilməli, dərhal evə göndərilməlidir: "Xəstəlikdən azad olanadək evdə qalmalı, belə şəxslərdən xəstəliyini təsdiqləyən xəstəlik vərəqəsi tələb edilməməli və xəstə ailə üzvünə qulluq etmək üçün işçilərə evdə qalmağa imkan yaradılmalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 467