Nazirlik evi yanan sakinlərin borcunu siləcək - Qərar


16:32     22 May 2015 mushviq%20emirov%20xeber%20gvbn.jpg

Mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xüsusi qərar qəbul edilib.


Nazirin müşaviri Müşfiq Əmirov deyib ki, nazirlik binada zərərçəkənlərə öz yardımını göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını öz hesabına ödəyəcək.

“Yanmış binanın sakinləri üçün nazirlik mənzilləri bərpa olunduqdan sonra telefon və internet xətlərinin çəkilişlərini pulsuz həyata keçirəcək”, - deyə M. Əmirov bildirib.

Açar sözlər:

Oxunub: 648