Taksilərlə bağlı qadağa bu gündən başlayır


11:13     05 Aprel 2020 taksiler.jpg

Bu gündən etibarən Azərbaycanda şəxsi avtomobillə sərnişin daşınması qadağan olunub.

Femida.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə verilir. Fərqlənmə nişanı olmayanların sərnişin daşıması qadağandır.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, icazəsi olan şəxs avtomobilində evdən çıxmağa icazəsi olan vətəndaşları apara bilər. Lakin hərəkətinə icazə verilən şəxs yanında icazəsi olmayan şəxsi apara bilməz. İcazəsi olmayan şəxs evdən çıxdığı üçün cərimələnəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 684


Oxşar xəbərlər