Ermənistanda koronavirusa yoluxanların sayı 800-ü ötdü


12:10     05 Aprel 2020 2020/04/4F3F7E87-A703-40FA-9087-62A8D12C98F3_1586075102.jpeg

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 52 nəfər artıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 822-ə çatıb. Qeyd edilir ki, xəstəliyə yoluxmuş 57 nəfər sağalıb, 7 nəfər pandemiyanın qurbanı olub.

Nazirlik bildirib ki, hazırda 720 nəfərin müalicəsi davam etdirilir. 3 477 nəfərin koronavirus testinin nəticəsi mənfi olub.

Femida.az

Açar sözlər:

Oxunub: 553