XİN ölkəmizin ABŞ-dakı səfiri ilə onlayn görüş keçirib
12:26 05 Aprel 2020
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatiya könüllüləri üçün “Evdə Qal Mühazirələrdən Qalma” təşəbbüsü çərçivəsində ölkəmizin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla onlayn görüş baş tutub.
Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, interaktiv keçən görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, səfirliyimiz tərəfindən bu ölkədə görülən işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılmış, iki ölkə arasında olan əməkdaşlıq, xüsusən də enerji təhlükəsizliyi tərəfdaşlığından bəhs edilib.
Azərbaycan səfiri diasporamız və onun fəaliyyətindən söhbət açıb, hazırda bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı ABŞ-dakı son durum və ehtiyac yarandığı təqdirdə burada yaşayan soydaşlarımıza göstərilən köməklik barədə məlumat verib.
Daha sonra səfir vətənpərpər könüllülərimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı suallarını cavabladırıb. ABŞ-ın münaqişənin həllinə göstərdiyi dəstək və ATƏT-in Minsk Qrupunun həmsədri qismində fəaliyyəti şərh edilib.
Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ilin Könüllülər İli elan olunmasından bəhs edərək bildirib ki, bu addım gənclərin cəmiyyətimizə verdiyi töhfənin yüksək dəyərləndirilməsinin nümunəsidir.
Femida.az
Oxunub: 1013
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- XİN Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- XİN Eldar Həsənovdan 18,5 milyon manat tələb edir
- XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istəyib
- XİN Azərbaycan İran
- XİN Bosniya və Herseqovinanı təbrik edib
- XİN-dən Dirçəliş Günü XİN-dən Dirçəliş Günü təbriki
- XİN radio və televiziya işçilərini təbrik edib