Qubada 18 yaşlı oğlan yanaraq ölüb


17:08     05 Aprel 2020 20_04_05_1586092182.jpg

Quba rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qımıl kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Musayev Bəşir Çərkəz oğlu həyətdə ocaq qalayarkən, üstünə yanacaq düşərək yanıb. O, dərhal Qusarda yerləşən özəl tibb müəssisəsinə oradan isə Bakıya göndərilib. Həkimlərin səyinə baxmayaraq ağır yanıq xəsarətləri alan şəxsi xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 536