Dünyada koronavirusdan sağalanların sayı 253 mini ötdü


17:16     05 Aprel 2020 20_04_05_1586093403.jpg


Dünyada yeni növ koronavirusa yoluxduqdan sonra sağalanların sayı 250 mini keçib.


Femida.az-a "Worldometer"ə istinadən bildirir ki, dünyada 253 min 597 insan yeni növ koronavirusa qalib gəlməyi bacarıb.

Ən çox sağalma halı Çində qeydə alınıb. Ölkədə 76 min 964 nəfər sağlığına qovuşub.

Çindən sonra isə İspaniyanın (38 min 80 nəfər) adı gəlir. Almaniyada isə sağalanların sayı 26 min 400-dür. Sıralama belə davam edir: İtaliya (20 min 996), İran (19 min 736), Fransa (15 min 438) və ABŞ (14 min 828).

Femida.az

Açar sözlər:

Oxunub: 592