Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanılıb


20:27     05 Aprel 2020 20_04_05_1586104070.jpg

Gəncədə həyat yoldaşının üzərinə benzin töküb yandıran şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə saxlanılan şəxs Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Abbasov Simon Yaşar oğludur.

Həmin şəxs Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşların keçirdikləri əməliyyat nəticəsində tutulub. Qeyd edək ki hadisə ötən gecə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökərək yandırıb. Səbəb isə onların boşanması olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 773