Fransada 8 mindən çox insan koronavirusun qurbanı oldu


22:43     05 Aprel 2020 2020/04/d423923f-bbc7-4bda-a069-e03db9c63f1b_1586112319.jpg

Fransada koronavirusa yoluxanların sayı 70 478 nəfərə çatıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sant publique France” agentliyi məlumat yayıb.

Məlumata görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 078 nəfər təşkil edib.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Son məlumata görə, dünyada koronavirusa yoluxma hallarının sayı 1 133 758, ölənlərin sayı 62 784 nəfər təşkil edir.

Açar sözlər:

Oxunub: 534