Elman Rüstəmovun səlahiyyət müddəti artırılır


12:26     06 Aprel 2020 elman-rustemovv-xezerinfo_az2.jpg


Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.


Femida.az xəbər verir ki, Azərbaycan parlamenti aşağıdakı məsələləri müzakirə edəcək:

1. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı;

2. Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi;

3. "Milli Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş);

4. "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş);

5. "Milli Məclisin komitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş).

6. "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (II oxunuş).

Femida.az

Açar sözlər: #Mərkəzibank   #ElmanRüstəmov  

Oxunub: 836