Quldurluq edən Bakı sakinləri saxlanıldı


13:18     06 Aprel 2020 2019/04/hebs_yeni-(2)_1554099128.jpg

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiyini bildirib.

Suraxanı RPİ 31-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 530