Lənkəranda tənha və ahıl vətəndaşlara yardım verildi


16:04     06 Aprel 2020 2018/05/yasli-qadin-qoca-pensiya-itkin_1527245406.jpg

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ciddi tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq ölkədə xüsusi karantin rejimi tətbiq edilib.


Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Lənkəranda da evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərin ehtiyaclarının ödənilməsinə, maarifləndici təbliğat-izahat işləri aparmaqla yanaşı, onlara lazımi sosial-tibbi və mənəvi köməkliklərin göstərilməsinə də diqqət artırılıb.

Femida.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) yaradılan qərargahın üzvləri, inzibati ərazi dairələrinin nümayəndələri, evlər komitələri və yerli bələdiyyələr tərəfindən əhalinin ahıl və aztəminatlı ailələri müəyyən olunaraq onlara yaşadıqları evdə baş çəkilir və belə vətəndaşlara mütəmadi olaraq lazımi köməkliklər göstərilir.

Bundan başqa, Lənkəranın qəsəbə və kəndlərində, şəhər ərazisində yaşayan sakinlər tərəfindən olunan müraciətlər dərhal araşdırılıb və icra hakimiyyətinin təşəbbüsü ilə 50 ahıl vətəndaşların evlərində onlara ərzaq yardımları təqdim olunub, çətinlikləri öyrənilib və müvafiq köməkliklər göstərilib.

Lənkəran ŞİH-dən bildirilib ki, yaradılan qərargahın üzvləri rayon ərazisində yaşayan, bu kateqoriyadan olan insanların müəyyən edilib, onlara baş çəkilməsi və müvafiq yardımların göstərilməsi üçün səfərbər olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 537