Fransa XİN Azərbaycana təşəkkür edib - FOTO
16:33 06 Aprel 2020
Fransa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana təşəkkür edib.
Femida.az-ın xəbərinə görə, bu barədə Fransa XİN-in "Twitter" səhifəsində bildirilib.
“Təşəkkürlər Azərbaycan! Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağının proyeksiyası həmrəyliyin ifadəsidir", - deyə qeyd olunub.
Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.
Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Fransa Ukraynaya humanitar yardımı 2 milyard dollara çatdıracaq
- Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
- Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək
- Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
- Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib
- Fransa Prezidenti Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
- Fransanın şimalında quş qripi ocağı aşkarlanıb