Azərbaycan Ordusunda karantin qaydalarına necə əməl edilir?
16:38 06 Aprel 2020
“Müdafiə Nazirliyi pandemiya dövründə şəxsi heyətin təhlükəsizliyini tam qorumaq məqsədilə lazımi tədbirlər həyata keçirib. Hərbi hissələrin xüsusi məhlul vasitəsilə dezinfeksiya olumasına tapşırıq verilib və bu işlər davamlı olaraq icra edilir”.
Bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, Azərbaycan Ordusunda bütün təhlükəszilik tədbirlərinə hələ fevral ayından başlanılıb: “Fevral ayından etibarən pandemiyaya görə dünyanın bir çox ölkələrində vəziyyət gərginləşib. Bunu görən Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi də ordunun şəxsi heyətini koronavirusdan qorumaq üçün ciddi tədbirlər görməyə başladı. İlk addım əsgərlərin valideynləri, yaxınları ilə görüşün məhdudlaşdırıması oldu. Bu qərar mart ayının əvvəlində verildi və açıq şəkildə bildirildi ki, müəyyən vaxt keçdikdən sonra əsgərlər öz valideynləri, yaxınları ilə video-görüntülü təmas quracaqlar. Novruz bayramı ərəfəsində bu təmas quruldu”.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli:
“Sevindirici haldır ki, Azərbaycan Ordusunda bir nəfərdə də olsun yoluxma halı aşkarlanmayıb".
Hərbi ekspert bu tədbirlərin nəticəsi olaraq hazırda Azərbaycan Ordusunda koronavirusa yoluxma faktının qeydə alınmadığını deyib. O, belə halın nə əsgər, nə gizir, nə də zabit heyəti arasında olduğunu bildirib: “Sevindirici haldır ki, Azərbaycan Ordusunda bir nəfərdə də olsun yoluxma halı aşkarlanmayıb. Çünki bütün qabaqlayıcı tədbirlər lazımi səviyyədə və vaxtında həyata keçirilib. Azərbaycan Ordusu yarandığı gündən Sovet ordusunun formatını davam etdirərək Kimya Qoşunlarını formalaşdırdıq. Bu birləşmə ola biləcək kimyəvi, radiaktiv hadisələrin qarşısını almaq üçün tədbirlər görür. Bundan başqa Müdafiə Nazirliyinin Tibb Baş İdarələri var. Burada həkim heyəti, virusoloqlar və digər ixtisaslar üzrə tibb işçiləri fəaliyyət göstərir. Bu insanlar şəxsi heyətin sağlalığını qoruyurlar. Məhz bu tibbi heyət koronavirusla bağlı yaranmış narahatlığın qarşısının alınması və şəxsi heyətin gigiyenik normalara əməl etməsi üçün öz üzərinə düşən vəzifəni yerinə yetirir”.
Femida.az
Oxunub: 1155
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)